Polis bu qadını axtarır FOTO


Digərləri 10 İyl 2018 16:38:00 302 0

Polis bu qadını axtarır  FOTO

Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iyulun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Son.az Trend-ə istinadən bildirir ki, A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə, 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbərə aid foto