Aşıq Fəzail Namiqi hədələdi: "Məni başa salan oğlan anasından olmayıb, səni…" VİDEO


Şou-biznes 10 İyl 2018 16:02:00 300 0

Aşıq Fəzail Namiqi hədələdi: "Məni başa salan oğlan anasından olmayıb, səni…"  VİDEO

Tanınmış aşıq Namiq Fərhadoğlunun ATV-də aşıq Fəzail Miskinli ilə davasından sonra "onu qəbiristanlığa aparıb, başa saldım" açıqlaması qarşı tərəfi qəzəbləndirib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Fəzail Miskinli özündən çıxıb:

"Ayıbdır, adam danışığına fikir verər. Ə Namiq, sən kimsən məni qəbiristanlığa aparıb, başa salasan? Məni başa salan oğlan hələ anasından olmayıb, mən başı olmayana baş qoyuram, səni başa salaram. Sadəcə olaraq, həmin gün reklam arası Namiq məni özümdən çıxardı, mən də məcbur olub cavabını verdim. Sonradan ATV-nin rejissorlar otağına girib, dedim ki, ayıbdır. Bunu efirə niyə vermisiniz? Kimsə şou düzəltmək istəyir, məndən niyə istifadə edir? Sonra Namiqlə ATV-nin qarşısında yerləşən çoxmərtəbəli binanın həyətinə getdik, orada qəbiristanlıq da var. Bu məqamda Namiqin atası zəng etdi, mənimlə danışmaq istəyini bildirdi. O, oğlunun əvəzinə məndən üzr istədi. Mən də Namiqə dedim ki, ayıbdır, küçə hərəkətlərini niyə efirə gətirdin? Vəssalam! Nə başa salmaq, nə əlbəyaxa dava?"

Baş verənlərdən sonra Namiq Fəzail Miskinliyə zəng edərək hədələyib: