Arif Alışanova suiqəsddə təqsirləndirilənlərə cəza istənildi


Digərləri 10 İyl 2018 15:45:00 292 0

Arif Alışanova suiqəsddə təqsirləndirilənlərə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Az.TV- ə sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev çıxış edərək Şücaət Əkbərovun 18 il, Qoçali Cəbiyev 16 il  Zöhrab Şirinov 17 il və Aqşin Hüseynov  6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror həmçininn Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıraəmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.