Şabranda traktor qoşqusu ot bağlaması ilə birlikdə alışdı


Digərləri 10 İyl 2018 15:40:00 256 0

Şabranda traktor qoşqusu ot bağlaması ilə birlikdə alışdı

Şabranda traktor qoşqusu içinə yığılmış ot bağlaması ilə birlikdə yanıb.

Bakı. Şabranda traktor qoşqusu içinə yığılmış ot bağlaması ilə birlikdə yanıb. Belə ki, Trend-ə FHN-dən verilən məlumata görə, rayonunun Şahnəzərli kəndində "UMZ" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 2,5 ton ot bağlaması yanıb. Məlumata görə, traktor və yaxınlıqdakı digər qoşqu yanğından mühafizə olunub.