Eyni dükandan ikinci dəfə oğurluğa cəhd edildi FOTO


Digərləri 10 İyl 2018 14:51:00 280 0

Eyni dükandan ikinci dəfə oğurluğa cəhd edildi  FOTO

Cəlilabad rayonunda naməlum şəxslər eyni dükandan növbəti dəfə oğurluq etməyə cəhd ediblər.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Axşam saatlarında naməlum şəxslər Sona Ağayevaya məxsus dükanın qapısındakı qıfılları xüsusi alətlərlə sındıraraq içəri daxil olmağa çalışıblar. Lakin qıfıllardan birini sınıdra bilməyən həmin şəxslər dükanın damındakı daşları sökməklə əməllərini həyata keçirmək istəyiblər. Onlar divardakı daşlardan ikisini çıxardıqdan sonra istifadə etdikləri alətləri də hadisə yerində qoyaraq ərazidən uzaqlaşıblar.


Xəbərə aid fotolar