Monitorinq insidentsiz başa çatdı


Siyasət 10 İyl 2018 14:15:00 252 0

Monitorinq insidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Boşard keçiriblər.