Həmkəndlisini bıçaqlayıb öldürdü


Kriminal 10 İyl 2018 14:01:00 282 0

Həmkəndlisini bıçaqlayıb öldürdü

İyulun 8-də Qusar rayonunun Gedəzeyxur kəndi ərazisində şəhər sakini İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə İ.Qədirovun həmkəndlisi Səlim Mirzəbəyov tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.