De Yonq Qətər klubunda


İdman 10 İyl 2018 13:51:00 314 0

De Yonq Qətər klubunda

Hollandiya yığmasının sabiq yarımmüdafiəçisi Naycel de Yonq karyerasını Qətərdə davam etdirəcək. Goal.az xəbər verir ki, təcrübəli futbolçu Al Ahli Doha ilə anlaşıb.

De Yonq geridə qalan mövsümün ilk yarısını Almaniyanın Mainz klubunda keçirib. O, bir müddət son Türkiyə çempionu Galatasaray-ın da şərəfini qoruyub.

Manchester City və Milan kimi klubların da formasını geyinmiş 33 yaşlı futbolçu Al Ahli ilə 1 illik müqavilə imzalayıb.