Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Digərləri 10 İyl 2018 13:37:00 336 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin