Çin təşvişdə "Mariya" yaxınlaşır


Dünya 10 İyl 2018 13:25:00 266 0

Çin təşvişdə  "Mariya" yaxınlaşır

Çinin şərqindəki Futszyan əyalətində "Mariya" tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, "qırmızı" kateqoriyalı xəbərdarlıq verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yaxın saatlarda tayfunun Tayvanı və Futszyan əyalətini əhatə edəcəyi gözlənilir.

Qeyd olunur ki, tayfunun episentrində küləyin sürəti saniyədə 52 metrə çatır.