Aygün Kazımovadan gözlənilməz addım! VİDEO FOTO


Digərləri 10 İyl 2018 13:10:00 224 0

Aygün Kazımovadan gözlənilməz addım!  VİDEO  FOTO

Ötən gün Bakıda, məşhur otellərin birində baş tutmuş tədbir zamanı maraqlı hadisə qeydə alınıb.

Belə ki, Cehvrolet markasının 3 yeni avtomobil modelinin təqdimat mərasimi zamanı xalq artist Aygün Kazımova da səhnə alıb. Əsasən, Chevrolet Malibu modelinin təqdimatına həsr olunmuş gecədə, hər zaman özünəməxsus çılğın xarakteri ilə seçilən xanım Kazımova bu dəfə də ənənəsinə sadiq qalaraq hər kəsi təəccübləndirib.

Müğənni səhnədə çıxış edən zaman əvvəlcədən hazırlanmış ssenaridən kənara çıxaraq, anidən, təqdimatı olacaq Chevrolet avtomobillərindən birinin üzərindəki örtüyü vaxtından əvvəl açaraq hər kəsi təəccübləndirib. Xalq artistinin bu addımı hər kəsin marağına səbəb olub və alqışlarla qarşılanıb.