Sumqayıtda 4 oğlandan DƏHŞƏTLİ ƏMƏL: insanlara gizlicə yaxınlaşıb... TƏFƏRRÜAT


Digərləri 10 İyl 2018 13:11:00 254 0

Sumqayıtda 4 oğlandan DƏHŞƏTLİ ƏMƏL: insanlara gizlicə yaxınlaşıb...  TƏFƏRRÜAT

Sumqayıt şəhərində soyğunçuluq, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə cinayətləri törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rüfət İmanverdiyevin və onunla birlikdə cinayət törədən yetkinlik yaşına çatmayan və azyaşlı olan dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Son.az xəbər verir ki, Rüfət İmanverdiyev 24 oktyabr 2016-cı il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gəlib.

Rüfət İmanverdiyev həmin məhəllədə ev 14, mənzil 17-də kirayədə yaşayan tanışı Kamal Abbaslını həyətə çağırıb və onu 38 nömrəli tam orta məktəbin yaxınlığına apararaq ona pul verməsini istəyib.

Pul istədi, telefonunu aldı

Bu zaman Kamal Abbaslı ona pulunun olmadığını bildirib. Rüfət ona bıçaqla hədə-qorxu gəlib, istifadəsində olan mobil telefonunu ona verməsini tələb edib. Kamal Abbaslı onun tələbini yerinə yetirməkdən boyun qaçırıb.

Buna görə də Rüfət İmanverdiyev məqsədinə nail olmaq üçün şillə və yumruqla Kamal Abbaslının bədəninin müxtəlif nahiyələrinə və üzərində olan bıçağın arxa hissəsi ilə baş nahiyəsinə vurub. O, Kamal Abbaslını hədələyərək, 200 manat dəyərində "Samsung Galaxy J3" markalı mobil telefonunu alıb.

İnternet kluba gəldi, pul tələb etdi

Bundan başqa, Rüfət İmanverdiyev həmin ilin dekabrın 14-də, gecə saat 01 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus "İdeal" internet kluba gəlib. Orada müştərilərə faktiki xidmət göstərən Emin Məmmədova öz "odnoklassnik" hesabına pul köçürtmək istədiyini deyib, kompüterdə olan ödəniş sistemini açdırıb, pulu olmadığına görə hesaba pul köçürmək istəməyən Emin Məmmədovun üstünə qışqıraraq kompüter arxasından durmasını tələb edib.

Bundan sonra Rüfət İmanverdiyev özü kompüter arxasına keçərək həmin sistem vasitəsilə öz istifadəsində olan oyun hesabına 500 manat pul köçürərək və saxlanc yeri hesab olunan kassanın açıq olmasından istifadə edib, oradan Abil Allahverənova məxsus 100 manat pulu götürüb.

Avtomobil qaçırdı, qəza törətdi

Daha sonra Rüfət İmanverdiyev 13 fevral 2017-ci il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə Nadir Novruzova məxsus "VAZ-2107" markalı, 90-EB-097 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən "Metallurq" kafesinin qarşısından talama məqsədi olmadan qaçırıb. O, avtomobili Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində qaz borusuna vuraraq Nadir Novruzova 1440 manat maddi ziyan vurub.

Dostları ilə birləşib internet kluba gəldi

Rüfət İmanverdiyev həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus "İdeal" internet kluba gəlib, sonuncuya məxsus əmlakı ələ keçirmək fikrinə düşüb.

Rüfət İmanverdiyev özü ilə gətirdiyi şəxslərlə razılığa gəliblər. Razılığa əsasən, gələn olduğu halda məlumat verməsi üçün bir nəfər klubun qapısının qarşısında, başqa şəxs isə klubun içində dayanıb.

Bu zaman Rüfət İmanverdiyev klubda müştərilərə xidmət göstərən Rafiq Əfəndiyevdən 50 manat borc pul istəyib. Sonuncu pulunun olmadığını deyib.

Amma Rüfət İmanverdiyev bu cavabla qane olmayıb, o, kompüter stolunun üzərində olan kassanın açarını icazəsiz götürərək saxlanc yeri hesab olunan kassanı açıb, içərisindəki Abil Allahverənova məxsus 650 manat pulu ələ keçirib.

Vəziyyətə baxdığı yerə gələndən pul tələbi

Rüfət İmanverdiyev daha sonra fevralın 28-də Abil Allahverənova məxsus "İdeal" internet kluba gəlib, orada olan Rahib Rüstəmovu çölə çağıraraq yaxınlıqda heç kimin olmadığı yerə aparıb.

Orada Rüfət İmanverdiyev onun vəziyyətinə baxdığı yerə gəldiyinə görə ona pul verməli olduğunu Rahib Rüstəmova bildirib.

Rahib Rüstəmov üstündə 41 manat və bir manatlıq qəpik pullar olduğunu deyib, qəpikləri çıxararaq ona göstərib. Bu vaxt Rüfət İmanverdiyev əlilə vurması nəticəsində qəpiklər ətrafa səpələnib.

Döyülərək qarət edildi

Bundan sonra Rahib Rüstəmovun ünvanına nalayiq söyüşlər söyüb, təpiklə vuraraq, onu yerə yıxıb. Sonra yerdən qaldıraraq, bir daha yerə çırpıb, yerdə olan vaxt onu yumruq, təpiklə bədənin müxtəlif nahiyələrindən zərbələr vurub.