BakıQazax magistralında ağır qəza:


Digərləri 10 İyl 2018 13:13:00 220 0

BakıQazax magistralında ağır qəza:

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.