Fernando Torresin Yaponiya klubuna transferi rəsmiləşdi


İdman 10 İyl 2018 13:13:00 303 0

Fernando Torresin Yaponiya klubuna transferi rəsmiləşdi

Atletico-nun sabiq futbolçusu Fernando Torres karyerasını Yaponiyada davam etdirəcək. Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu Sagan Tosu klubu ilə müqavilə imzalayıb. Anlaşmanın detalları hələlik bəlli deyil.

Atletico-nun yetirməsi olan Fernando Torres 2001 - 2007 və 2015 - 2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. Təcrübəli forvard həmçinin İngiltərənin Liverpool və Chelsea, eləcə də İtaliyanın Milan klublarının formalarını geyinib.