Abşeronda avtomobil “Shacman”a çırpıldı:


Digərləri 10 İyl 2018 12:53:00 227 0

Abşeronda avtomobil “Shacman”a çırpıldı:

İyulun 9-da saat 3 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Tural Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini Pənah Mirzəliyevin idarə etdiyi "Shacman" markalı avtomobilə vurub.

DİN-in mətbuat xidmətindən Son.az-a bildirilib ki, xəstəxanaya yerləşdirilmiş T.Qurbanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.