KTMTnin baş katibi dindirilməyə çağrıldı


Dünya 10 İyl 2018 12:48:00 233 0

KTMTnin baş katibi dindirilməyə çağrıldı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Katibi general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də müxalifətin aksiyaları zamanı törədilən qətl hadisələri ilə bağlı cinayət işi çərçivəsində erməni müstəntiqləri tərəfindən şahid qismində dindirilməyə çağrılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yuri Xaçaturov dindirilməyə çağrılıb: "Sıx iş qrafiki səbəbindən, o, yalnız iyul ayının sonunda gələ biləcək".