Millimizin üzvü Bursaspor-dan gedə bilər


İdman 10 İyl 2018 12:15:00 229 0

Millimizin üzvü Bursaspor-dan gedə bilər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcü Bursaspor-u tərk edə bilər. Goal.az xəbər verir ki, Superliqa təmsilçisi onu icarəyə vermək barədə düşünür.

Baş məşqçi Samet Aybaba iyulun 12-dən etibarən keçirəcəkləri yoxlama görüşlərində həm ona, həm də digər gənclərə özlərini göstərmək imkanı verəcək. Lakin çalışdırıcı indiki durumda Kökcü ilə yanaşı, Alper Adəmoğlunun başqa klubda təcrübə toplamasının tərəfdarıdır. Komandanın yarımmüdafiə xəttində oyunçu sayının çoxluğunu nəzərə alan Aybaba adıçəkilən gənclərin ehtiyatda oturmalarını istəmir. Digər gənclərdən Emirhan Aydoğandan məmnun qalan baş məşqçi yeni transfer Yani Atanasovla bağlı qərar verməkdə çətinlik çəkir.

Ötən mövsümü icarə əsasında “Vaalvejk”də keçirən Ozan Can Kökcünün “Bursaspor”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.