Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb


Digərləri 10 İyl 2018 12:29:39 192 0

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Bakı. NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin