“Qəbirdən çıxan xortdana oxşayırsan”


Şou-biznes 10 İyl 2018 12:07:00 278 0

“Qəbirdən çıxan xortdana oxşayırsan”

Aparıcı Elgizi təhqir ediblər.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, aparıcı "Səhər-səhər" verilişində özü ilə bağlı maraqlı açıqlama verib. Bir qadın tərəfindən təhqir olunduğunu deyən aparıcı əsəbiləşib:

"Biz arada Əli Mirəliyevlə zarafatlaşırıq. Bir qadın mənə yazıb ki, ay fətirsifət, o kişiyə niyə elə sözlər deyirsən. Girdim bu qadının səhifəsinə ki, cavabını verim. İlahi, elə bildim, qəbirdən indi çıxıb. Cəhənnəm carçısına oxşayır. Sən mənə fətirsifət deyirsən? İnsanın bir yaraşığı olsa, dərd yarıdır. Yazdım ki, sən qəbirdən çıxan xortdana bənzəyirsən, axşam vaxtı qabağıma çıxsan, qorxaram".