Çində yaxınlaşan qasırğa ilə bağlı xəbərdarlığın "qırmızı səviyyəsi" elan olunub


Dünya 10 İyl 2018 11:51:07 328 0

Çində yaxınlaşan qasırğa ilə bağlı xəbərdarlığın "qırmızı səviyyəsi" elan olunub

Qasırğanın episentrində küləyin maksimal gücü 16 bala (saniyədə 52 metr) çatır

Bakı. 10 iyul. REPORT.AZ / Çinin Futszyan əyalətində "Mariya" qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlığın ən yüksək "qırmızı səviyyəsi" elan edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Meteorologiya İdarəsi yayıb.

Qasırğanın episentrində küləyin maksimal gücü 16 bala (saniyədə 52 metr) çatır.

"Mariya"nın iyulun 11-də səhərə yaxın Tayvandan şimala doğru keçəcəyi və səhər saatlarında Futszyan əyalətinə çatacağı gözlənilir.