DTX rəsmisi: Xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb


Digərləri 10 İyl 2018 11:56:00 282 0

DTX rəsmisi: Xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb

Xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb.

Bakı. İlhamə İsabalayeva - Daxili İşlər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb. Trend-in məlumatına görə, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib. O qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist respublikaya qayıdarkən saxlanılaraq istintaq orqanlarına təqdim olunub.