Azərbaycan Yaponiyayaya xalça ixrac edəcək


İqtisadiyyat 10 İyl 2018 11:47:57 342 0

Azərbaycan Yaponiyayaya xalça ixrac edəcək

Bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib

"Dünyanın bütün ölkələrində Azərbaycanın xalçalarına təlabat var".

"Report" xəbər verir ki, bunu Bakıda xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktiki konfransda "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycandan Yaponiyaya xalça ixracı ilə bağlımüqavilə imzalanacaq: "Onlara nümunələr göndərmişik".

V.Muradov həmçinin qeyd edib ki, gələn il ölkədə10 xalça fabrikinin tikilməsi nəzərdə tutulur: "Bununla da bu tiplifabriklərin sayı 30 -a çatacaq. Həmçinin regionlarda yun tədarükü məntəqələri də tikilir".

"Azərxalça"nın sədri ötən ilin dekabr ayındaSumqayıt Kimya Sənaye Parkında Yunəyrici Boyaq Fabrikinin təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, tikinti işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır: "Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq".