Axtarışda olan silah və narkotik alverçisi ələ keçdi


Digərləri 10 İyl 2018 11:47:56 239 0

Axtarışda olan silah və narkotik alverçisi ələ keçdi

Axtarışda olan silah və narkotik alverçisi ələ keçdi.

Bakı. Axtarışda olan silah və narkotik alverçisi ələ keçdi. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə axtarış elan olunmuş Fizuli İbişov saxlanılıb. Aparılan araşdırmalarla onun 2018-ci ilin yanvar ayında həmkəndlisi, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədova “Kalaşnikov” markalı avtomat satdığı müəyyən edilib.