Binəqədidə elektrik naqilləri alışdı - 17 nəfər təxliyə olundu


Digərləri 10 İyl 2018 11:35:00 243 0

Binəqədidə elektrik naqilləri alışdı - 17 nəfər təxliyə olundu

Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb.

Bakı. Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, şəhərin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.