Azərbaycanın dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmə yaradılıb


Digərləri 10 İyl 2018 11:11:00 261 0

Azərbaycanın dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmə yaradılıb

Azərbaycanın dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmə yaradılıb.

Bakı. “Praksis” Sosial İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanla bağlı xarici resurslarda yayımlanan məlumatların monitorinqi və dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmənin yaradılması” adlı layihəni həyata keçirib. Bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərdə, yarışmalarda, sosial şəbəkələrdə həqiqi olmayan Azərbaycan xəritəsi, bayrağı və ya gerbindən istifadə edilir. Belə ki, axtarış sistemlərində xarici dillərdə “Azərbaycan xəritəsi” yazdıqda bir çox yanlış məlumatlarla qarşılaşırıq. Xarici resurslarda, xüsusilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həqiqəti əks etdirməyən məlumatların çoxluğuna görə əsasən Dağlıq Qarabağ və ya Naxçıvanın yer almadığı xəritələr işlədilir. Həyata keçirilən layihənin əsas nəticəsi Azərbaycan rəmzləri ilə bağlı xarici resursların monitorinqi, həqiqi Azərbaycan xəritəsi, bayrağı və gerbinin müxtəlif formatlarda əks edildiyi mobil tətbiqetmə resursunun hazırlanmasından ibarətdir. Layihə beynəlxalq təbəqəni əhatə etdiyi üçün mobil tətbiqetmə ingilis dilində hazırlanıb. Bu proqram vasitəsilə istifadəçilər həqiqi Azərbaycan xəritəsi, gerbi, bayrağı və himni ilə tanış ola bilər.