Xorvatiya - İngiltərə matçına hakim təyinatları


İdman 10 İyl 2018 10:09:00 416 0

Xorvatiya - İngiltərə matçına hakim təyinatları

FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçına hakim təyinatlarını açıqlayıb. Goal.az xəbər verir ki, iyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.

Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahattin Duran və Tarık Ongün, həmçinin dördüncü hakim – hollandiyalı Byorn Kuypers köməklik edəcək.