Şotlandiya qəzeti Bakı Ali Neft Məktəbinin məzunlarının adlarını dərc edib


Digərləri 10 İyl 2018 09:58:35 244 0

Şotlandiya qəzeti Bakı Ali Neft Məktəbinin məzunlarının adlarını dərc edib

Şotlandiya qəzeti Bakı Ali Neft Məktəbinin məzunlarının adlarını dərc edib.

Bakı. Məşhur gündəlik Şotlandiya qəzeti olan “The Scotsman”in (“Şotlandiyalı”) oxucuları Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını bilmək imkanı əldə ediblər. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdim olunma mərasiminə həsr edilmiş qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adı var. Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 iyunda BANM-ın Məzun Günündə həyata keçirilib.