Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində 279 mln. manat qalıb yaranıb


İqtisadiyyat 10 İyl 2018 09:40:37 336 0

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində 279 mln. manat qalıb yaranıb

Büdcənin mədaxili 9 821,6 mln. manat, məxarici isə 9 524,3 mln. manat olub

Bu ilin I yarısında Azərbaycanındövlət büdcəsinin mədaxili 9 821,6 mln. manat, məxarici isə9 524,3 mln. manat olub, büdcədə 297,3 mln. manat qalıq yaranıb.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadənxəbər verir.

Məlumata görə, 6 ay ərzində büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% və yaxud 2 096,8 mln. manat çox olub.Vergilər Nazirliyinin xətti iləbüdcəyə 3 382,6 mln. manat vəsait daxil olub ki, bu da illik müqayisədə 0,9% və yaxud 30 mln. manat çoxdur.

Həmin vəsaitin 65,8%-i və yaxud 2 226,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Hesabat dövründəDövlət Gömrük Komitəsi isəbüdcəyə 1 619 mln. manat köçürüb ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2% və yaxud 447,8 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmala isəı 178,9 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə üzrəbüdcəyə 33,1 mln. manat vəsait daxil olub.

Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 4 608 mln. manat vəsait transfert edilib.

2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5 258,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 125,1 mln. manat və yaxud 27,2% çoxdur.

2018-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri isə 9 524,3 mln. manat icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16,2% və yaxud 1 330,6 mln. manat çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 38,1%-i və yaxud 3 625,7 mln. manatı sosialyönümlü istiqamətlərə (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% və yaxud 125,7 mln. manat çoxdur. 2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 4948,8 mln. manatı və yaxud 51,9%-i cari xərclərə, 3 596,3 mln. manatı və yaxud 37,8%-i əsaslı xərclərə, 979,2 mln. manatı və yaxud 10,3%-ii dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5 116,3 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 mln. manat və yaxud 19,5% çoxdur.

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 15 100,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 492,1 mln. manat və yaxud 30,1% çoxdur. İcmal büdcənin xərcləri isə 10 843 mln. manat icra olunub.

İcmal büdcədə 4 257,2 mln. manat qalıq yaranıb.