Azərbaycanda ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1,3 mln. manatlıq iddia qaldırıldı


Digərləri 10 İyl 2018 09:41:00 329 0

Azərbaycanda ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1,3 mln. manatlıq iddia qaldırıldı

Bu ilin 16-30 iyun tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli "məcburi göstəriş" verilib.