Borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılıb


Digərləri 10 İyl 2018 09:27:00 388 0

Borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılıb

2018-ci il iyul ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müvafiq dövrdə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.