Yaponiyada leysan yağışları qurbanlarının sayı 140 nəfərə çatıb


Dünya 10 İyl 2018 09:11:27 307 0

Yaponiyada leysan yağışları qurbanlarının sayı 140 nəfərə çatıb

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

Son.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara  75 min nəfər cəlb edilib.

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından "Prapirun" qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.