Yay mövsümündə Azərbaycana turist axınının artımı gözlənilir


Digərləri 10 İyl 2018 09:15:00 296 0

Yay mövsümündə Azərbaycana turist axınının artımı gözlənilir

2018-ci ilin yay mövsümündə Azərbaycana turist axını ötən ilin eyni dövrü ilə müqayisədə artacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ölkəyə əsas turist axını ərəb ölkələrindən gözlənilir:

"Artıq ölkədə, əsasən, regionlarda böyük sayda mehmanxana nömrələri bronlanıb. Qəbələ, Şəki və Quba kimi kurort zonaları tam dolub. Turistlər ötən il olduğu kimi bu il də əsasən ərəb ölkələrindən gəlir. Ümumilikdə gözlənilir ki, ərəb ölkələrindən turistlərin sayı digər ölkələrdən gələnlərin sayından çox olacaq. Amma qeyd etmək lazımdır ki, Azərbaycan hər il Avropa, Asiya və Amerikadan gələn turistlər üçün daha çox cəlbedici olur. Bu il Səudiyyə Ərəbistanından turistlərin sayının əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Bunun səbəbi iki ölkə arasında bir neçə birbaşa reysin açılmasıdır".