Süni zəka texnologiyasına sahib ağıllı geyim mağazası


Digərləri 10 İyl 2018 08:46:00 373 0

Süni zəka texnologiyasına sahib ağıllı geyim mağazası

Guess adlı geyim brendi Çinin İT nəhəngi Alibaba Group ilə birlikdə FashionAI adlı virtual şoppinq assistenti hazırlayıb. Sözügedən süni zəka alış-veriş zamanı müxtəlif geyim elementlərinin uyğunluqlarının seçilməsində alıcıya yardımçı olur. Bunun üçün süni zəka texnologiyasına sahib xüsusi sensorlu panel kameralar və alqoritmlər vasitəsilə geyim tərzini, formasını, rəngini təyin edir və alıcıya nəyisə dəyişməkdə və ya əlavə nəyinsə alınmasında öz məsləhətlərini verir. FashionAI sisteminin süni zəkasının öyrənilməsi üçün ona professional dizaynerlər tərəfindən hazırlanmış 500-ə yaxın geyim fotosu göstərilib.

Son.az technote.az-a istinadən bildirir ki, FashionAI sistemini artıq HonKonq-dakı konseptual mağazada quraşdırıblar. Həmin mağazada hər bir geyim və əşya RFID nişanlara sahibdir. Alıcı hansısa geyimi və ya əşyanı götürdükdə sözügedən sistem RFID nişan vasitəsilə onları qeydə alır. Bundan sonra sistem mağaza personalına əvvəlcədən bildirir ki, müəyyən alıcı bu və ya digər məhsulu götürüb və həmin məhsula uyğun olaraq əlavə geyim elementləri öncədən hazırlanmalıdır və mağaza personalı bu işlə məşğul olmağa başlayır. Yəni məsələn əgər siz hansısa gödəkçəni seçsəz və həmin gödəkçə sizin ölçünüzdə olmasa və ya siz ona əlavə olaraq nəsə almaq istəsəz, sistem bunu avtomatik təyin edəcək və sizə lazım olan məhsullar mağaza personalı tərəfindən sizə çatıdırılacaq.