Bakıda hündürlükdən dənizə baş vuran kişinin boynu qırılıb


Digərləri 10 İyl 2018 08:30:00 299 0

Bakıda hündürlükdən dənizə baş vuran kişinin boynu qırılıb

Xəzər dənizində bir nəfər bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, 1980-ci il təvəllüdlü Əsədov Ceyhun Şahin oğlu Pirşağı çimərliyində hündürlükdən dənizə baş vurarkən boynunun fəqərə sümüyü qırılıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.