“Ağıllı” geyim ürəktutma barədə xəbərdar edəcək


Digərləri 10 İyl 2018 08:31:00 284 0

“Ağıllı” geyim ürəktutma barədə xəbərdar edəcək

Çinin "Lenovo Group" şirkəti və Tsyansu əyalətinin Cənub-Şərq Universitetinin tədqiqatçılar qrupu ürəyin vəziyyətini izləyən və istifadəçini ilk təhlükəli simptomlar barədə xəbərdar edən "ağıllı" geyim hazırlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "Smart Vest" adlanan geyim xarici görünüşünə görə adi futbolkaya bənzəsə də, ona 24 saat ərzində elektrokardioqramı izləyən, ürək döyüntüsü səslərini, təzyiq və nəfəsi qeydə alan  müxtəlif simsiz elektrod və sensorlar yerləşdirilib. Bundan başqa, smartfona bütün məlumatları "bulud" saxlancına yükləyən xüsusi proqram quraşdırılıb. Yükləmə sutkada bir dəfə edilir və bundan sonra futbolka yeni qeydiyyat dövrəsinə başlayır.

Saxlancda süni intellekt sistemi məlumatları analiz edir və nəticəni göstərir. Bundan başqa, "ağıllı" geyim istifadəçisi onu maraqlandıran göstəriciləri izləyə və həkimə göndərə bilər.