“Qobu Park”a məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb FOTO


Digərləri 10 İyl 2018 08:20:00 326 0

“Qobu Park”a məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb  FOTO

"Qobu Park" yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb.

Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir.

Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir.

"Qobu Park" yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, "K.Rəhimov küçəsi, 824/835" ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub.

Yeni mənzilə köçürülən ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildiriblər.


Xəbərə aid fotolar