Sugar S20 smartfonu 104 dildən tərcümə edir


Digərləri 10 İyl 2018 08:11:00 298 0

Sugar S20 smartfonu 104 dildən tərcümə edir

Fransanın "Sugar" şirkəti Pekində keçirilən konfransda süni intellekt tərcümə funksiyası ilə təchiz edilən yeni "S20" smartfonunu təqdim edib.     

Son.az ICTnews-a istinadən bildirir ki, qurğu quraşdırılmış texnologiyanın 104 dilin tərcüməsini dəstəkləməsi ilə seçilir.

Məlumata görə, smartfon fotosu çəkilən mətni müəyyənləşdirərək dərhal onu lazımi dilə tərcümə edə bilir. Tərcümənin işə salınması üçün ayrıca fiziki düymə nəzərdə tutulub.