Bu qurğu qoxunu müəyyən edəcək


Digərləri 10 İyl 2018 08:01:00 241 0

Bu qurğu qoxunu müəyyən edəcək

Yaponiyanın "Tanita" şirkəti qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən "ES-100" cihazını təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır. Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.

"Tanita ES-100" qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir.