LG iki qatlanan smartfon hazırlayır


Digərləri 10 İyl 2018 08:05:00 266 0

LG iki qatlanan smartfon hazırlayır

LG şirkəti ilk açılıb-bağlanan əyilən smartfon buraxmağı planlaşdırır.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu günlərdə şəbəkədə LG şirkətinin açılıb-bağlanan smartfon tərtibatı ilə bağlı patenti yayılıb.

Dərc edilən məlumata əsasən, cihaz adi adil mobil cihaz görüntüsündə olacaq. O, kitab kimi iki qatlana biləcək. Gözlənilir ki, bu cür konstruksiya bundan sonra da ekranın tamlılığını saxlamağa imkan verəcək.