Robotları jestlər və düşüncə ilə idarə edəcək


Digərləri 10 İyl 2018 07:51:00 404 0

Robotları jestlər və düşüncə ilə idarə edəcək

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tərtibatçıları robotları fikrin gücü və xüsusi jestlər vasitəsilə idarə etməyə imkan verən unikal sistem hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət institut alimləri tərəfindən ötən il hazırlanan texnologiyanın yeni versiyasından gedir. İlkin variantda robotlar yerinə yetirdikləri iş plana uyğun olmayan zaman müstəqil dayanırdılar, lakin sistemin təkmilləşdirilmiş versiyasında prosesə qurğuya səhvini göstərə bilən operator müdaxilə edəcək.

Bildirilir ki, operator və robot arasında "ünsiyyət" prosesini qurmaq üçün alimlər beyin siqnallarını elektroensefaloqram vasitəsilə oxuyan xüsusi "papaq" yaradıblar.