Ən çox satılan smartfonlar


Digərləri 10 İyl 2018 07:41:00 288 0

Ən çox satılan smartfonlar

"Apple" şirkəti aktiv reklam sayəsində smartfonların satış həcminə görə liderliyini bərpa edib. Bu barədə "Counterpoint" şirkətinin tədqiqatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət analitiklərinin hesablamalarına görə, 2018-ci ilin mayında dünyada satılan smartfonların 2,4 faizi "Apple iPhone 8" modelinin payına düşüb. "Samsung Galaxy S9 Plus" smartfonu da aktivində eyni pay göstəricisinə malikdir, lakin Cənubi Koreya şirkətinin modeli satış həcminə görə cüzi geri qalıb.

"Apple iPhone X" smartfonu 2,3 faiz nəticə ilə liderlər üçlüyünə daxil olub. İlk beşlikdə, həmçinin "Xiaomi Redmi 5A" (2,2 faiz) və "Apple iPhone 8 Plus" (2,1 faiz) modelləri yer alıb. Cari ilin sonuncu yaz ayının yekunları üzrə ən populyar smartfonlar siyahısının sonrakı pillələrində "Samsung Galaxy S9" (2,1 faiz), "Huawei P20 Lite" (1,4 faiz), "Vivo X21" (1,4 faiz), "Xiaomi Redmi 5 Plus/Note 5" (1,3 faiz) və "Oppo A83" (1,2 faiz) yer alıb.   

Tədqiqatda qeyd olunur ki, "iPhone 8" Rusiyada futbol üzrə Dünya Çempionatı ərəfəsində işə salınan reklam sayəsində dünyada ən populyar smartfon olub. Reklam modelə Avropada və bir sıra digər bazarlarda maraq oyadıb. Bundan başqa, ABŞ-da qurğuya tələbat stabil olub.

"Samsung Galaxy S9 Plus" 2018-ci ilin aprelində satış həcminə görə birinci yeri tutub. Mayda model Avropada mövqeyini nisbətən itirməsi səbəbindən ikinci pilləyə enib.