"Rayon icra hakimiyyətləri şəhər nəqliyyatını iflic vəziyyətə salırlar"


Digərləri 10 İyl 2018 07:46:00 315 0

"Rayon icra hakimiyyətləri şəhər nəqliyyatını iflic vəziyyətə salırlar"

Dayanacaqların yerində binalar tikirlər

Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıb. Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilib".

Son.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı dövlət vəsaiti hesabına tikilən parkinqlərin boş olduğunu bildirib: