Bu gün əvvəlki illərin məzunları üçün və eksternat qaydada


Digərləri 10 İyl 2018 07:14:00 297 0

Bu gün əvvəlki illərin məzunları üçün və eksternat qaydada

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün V ixtisas qrupu üzrə və kolleclərə qəbul, eləcə də eksternat qaydasında buraxılış imtahanları keçirəcək.

Son.az "Report"a istinadən bildirir ki, imtahanlar 9 şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunlarının, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunlarının, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif , 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.