Hollandiyada təyyarə reysi partlayış xəbəri səbəbindən təxirə salınıb


Digərləri 10 İyl 2018 05:41:56 260 0

Hollandiyada təyyarə reysi partlayış xəbəri səbəbindən təxirə salınıb

Hollandiya hərbi polisi, Eyndxovendən Edinburqa yola düşən Ryanair firmasının təyyarə reysini terror təhdidi səbəbiylə təxirə salıb.

Bakı. Hollandiya hərbi polisi, Eyndxovendən Edinburqa yola düşən Ryanair firmasının təyyarə reysini terror təhdidi səbəbiylə təxirə salıb. Omroep Brabant telekanalının bildirdiyinə görə, təyyarədə bombanın olması xəbəri yalan idi. Televiziya kanalının verdiyi xəbərə görə, bütün sərnişinlər təyyarədən çıxarılıb, polis işçiləri axtarış tədbirlərini həyata keçirir. Təyyarədə olan sərnişinlərin dəqiq sayı haqda heç bir məlumat verilmir.