Prezident: "Sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir"


Sosial 10 İyl 2018 04:45:37 84 0

Prezident: "Sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir"

"Qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır"

"Sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezidentin sözlərinə görə, qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır:

"İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaq. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik".

İlham Əliyev bildirib ki, sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək:

"Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər".

Novxanıda mina tapılıb like
  • 10 İyl 04:29  
Digərləri Novxanıda mina tapılıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-

arrow Ətraflı
Dənizdə boğulan şəxs xilas edilib like
  • 10 İyl 02:42  
Digərləri Dənizdə boğulan şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

arrow Ətraflı
Bakı-Gəncə sürət qatarı ilin sonuna qədər xəttə buraxılacaq like
  • 10 İyl 01:51  
İqtisadiyyat Bakı-Gəncə sürət qatarı ilin sonuna qədər xəttə buraxılacaq

Gələn ildən Bakı-Astara yolunun modernləşməsinə başlanacaq

arrow Ətraflı
Böyük Britaniyanın XİN rəhbəri istefaya gedib like
  • 10 İyl 01:47  
Digərləri Böyük Britaniyanın XİN rəhbəri istefaya gedib

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin xarici işlər naziri Bor

arrow Ətraflı
Günün qoroskopu: yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın like
  • 10 İyl 00:01  
Digərləri Günün qoroskopu: yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Gəncənin din xadimləri açıqlama verdi  "Elmar Vəliyev dinə qarşı olmayıb"  VİDEO like
  • 09 İyl 23:56  
Digərləri Gəncənin din xadimləri açıqlama verdi "Elmar Vəliyev dinə qarşı olmayıb" VİDEO

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdinə qarşı ol

arrow Ətraflı