Novxanıda mina tapılıb


Digərləri 10 İyl 2018 04:29:08 351 0

Novxanıda mina tapılıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 10 iyul tarixində saat 00:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Bakı. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 10 iyul tarixində saat 00:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.