Tovuzda faciə


Digərləri 09 İyl 2018 23:14:00 349 0

Tovuzda faciə

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Ağdam kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu yaşadığı kəndin ərazisində sahədə ot yığarkən ehtiyatsızlıqdan həmin ərazidə olan, rayonun Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Alıyev Cahangir Murad oğlunun idarə etdiyi "ZİL 131" markalı 60 AC 078 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.