Ev əşyaları ilə birgə yanıb


Digərləri 09 İyl 2018 22:50:00 218 0

Ev əşyaları ilə birgə yanıb

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 130 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.