Turizm sahəsini inkişaf etdirmək üçün əsas prioritetlər


Digərləri 09 İyl 2018 22:53:00 292 0

Turizm sahəsini inkişaf etdirmək üçün əsas prioritetlər

Ekspertlər deyir ki, ilk növbədə savadlı, işini bilən kadrların yetişdirilməsinə, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xüsusi diqqət ayırmaq lazımdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Turizm və Menecment Universitetində məzunlarla görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüş zamanı agentliyin sədri turizmlə bağlı bəzi məqamlara toxunub: "Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir. Müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarə edilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında Fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir".      F.Nağıyev görüşdə həmçinin agentliyin bundan sonrakı mərhələdə hansı sahələrə daha çox diqqət ayıracağını, hansı sahələrin prioritet seçildiyini də açıqlayıb: "Yeni turizm siyasəti formalaşdırılacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək, dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək. Turistlərin məmnunluğunu artırmaq, qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq. Həmçinin Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün turizm bazarlarında daimi turizm nümayəndəlikləri yaradılacaq".


Xəbərə aid fotolar