Uşaqlara zərərli informasiya ötürənlər cəzalandırılacaq


Digərləri 09 İyl 2018 22:44:00 258 0

Uşaqlara zərərli informasiya ötürənlər cəzalandırılacaq

Ekspert deyir ki, bu məsələdə cəmiyyətin də maariflənməsinə ehtiyac var 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının hansı formada keçiriləcəyi müəyyən edilib. Trend-in məlumatına görə, bununla bağlı tələblər və şərtlər Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən həyata keçiriləcək. Layihəyə əsasən, müvafiq dövlət orqanlarının təşəbbüsü ilə aparılan ekspertiza üzrə ekspert rəyi yol verilmiş pozuntu hallarının təxirə salınmadan aradan qaldırılması barədə həmin orqan tərəfindən pozuntu törədən şəxsə yazılı xəbərdarlıq edilməsi üçün əsasdır. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda göstərilən müddətdə pozuntu hallarını aradan qaldırmadıqda müvafiq dövlət orqanları informasiya məhsulunun uşaqlar arasında yayılmasının qarşısının alınması və bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görəcək. 

Qeyd edək ki, layihəyə əsasən, informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları başa düşülür.